Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Litvanın “Ciurlionis” kvartetinin konserti Qəbələ festivalının izləyicilərinə növbəti hədiyyə olub

30 iyul 2025 | 10:07

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının sonuncu günündə - iyulun 29-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera musiqisindən ibarət konsert təqdim olunub. Öncə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək tanınmış Litva bəstəkarı Mikalojus Konstantinas Ciurlionisin yaradıcılığı barədə məlumat verib. Kamera musiqisi axşamında Azərbaycan Respublikasının xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə Litvanın “Ciurlionis” kvartetinin müşayəti ilə M.Ciurlionisin, Y.Bramsın, R.Şumanın əsərlərini ifa ediblər.

Keçidlər