Lokal xarakterli antiterror əməliyyatında şəhadətə yüksəlmiş Qəbələ rayon şəhidlərinin anım günü qeyd edilmişdir
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatında şəhadətə yüksəlmiş Qəbələ rayon Mirzəbəyli kənd sakini Azərbaycan Silahlı Qüvvələrinin mayoru Səmədov Xəyyam Mirazim oğlunun və Qəbələ rayon Tüntül kənd sakini Soltanbəyli Tamerlan İmran oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.