Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Lokal xarakterli antiterror əməliyyatında şəhadətə yüksəlmiş Qəbələ rayon şəhidlərinin məzarları ziyarət edilmişdir

30 oktyabr 2023 | 15:43

30 oktyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatında şəhadətə yüksəlmiş Qəbələ rayon Mirzəbəyli kənd sakini Azərbaycan Silahlı Qüvvələrinin mayoru Səmədov Xəyyam Mirazim oğlunun və Qəbələ rayon Tüntül kənd sakini Soltanbəyli Tamerlan İmran oğlunun məzarları ziyarət edilmiş, üzərilərinə gül dəstələri düzülərək, xatirələri anılmış, ruhlarına dualar oxunmuşdur. Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər