Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Macarıstanda keçirilən U-15 Avropa çempionatının bürünc mükafatçısı ilə görüş keçirilmişdir

12 iyul 2023 | 17:48

12 iyul 2023-cü il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatının sərbəst güləş idman növü üzrə mübarizədə bürünc medala layiq görülmüş Mirzəbəyli kənd tam orta məktəbin X sinif şagirdi, “Qəbələ” idman klubunun idmançısı Veysəlov Rəşad Nizami oğlu və onun məşqçisi Mustafayev Fərid Səməd oğlu ilə görüş keçirmişdir. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev görüşdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  idmanın  inkişafını, idmançıları həmişə diqqətdə saxladığını və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini vurğulamış, Rəşad Veysəlovu qazandığı qələbəyə görə təbrik edərək, ona gələcək həyatında və təhsilində uğurlar arzulamışdır. Rayon icra hakimiyyətinin başçısı idmanda qazandığı uğurlara görə gənc idmançı Rəşad Veysəlovu və onun məşqçisi Fərid Mustafayevi Qəbələ Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etmişdir. Sonda idmançı Rəşad Veysəlov və məşqçi Fərid Mustafayev ölkə rəhbərinə idmana göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər