Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Maqsud İbrahimbəyov - Söz və ekran dünyası" adlı tədbir keçirilib

21 avqust 2025 | 15:19

21 avqust 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzində görkəmli yazıçı, dramaturq və kinorejissor Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə "Maqsud İbrahimbəyov - Söz və ekran dünyası" adlı tədbir keçirilib. Tədbirdə görkəmli yazıçının zəngin ədəbi irsi, mədəniyyətimizdə və ictimai həyatımızda rolu yüksək dəyərləndirilərək, onun Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və yaradıcılığının xüsusiyyətləri vurğulanıb, yazıçının ssenari müəllifi kimi fəaliyyətindən, kino sənətinə verdiyi töhfələrdən danışılıb. Sonda Maqsud İbrahimbəyovun həyatı və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Keçidlər