MDB Oyunları: Azərbaycan badmintonçuları 4 kateqoriyada 1/4 finala yüksəliblər
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton yarışları davam edir. Azərbaycan təmsilçiləri 4 kateqoriyada 1/4 finala yüksəliblər. Kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimiyə (2:0), qadınların fərdi mübarizəsində isə Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovaya 2:0 hesabı ilə qalib gəlib. Qadınların qoşa yarışında Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət Azərbaycan komandası Tacikistanın Sumaiyakhon Hasanova və Mohira Karimova cütünü (2:0), qarışıq qoşa komandaların mübarizəsində Fərəc Kərimli və Aysel Kazımova cütü isə Qazaxıstandan olan Yerassil Akhmet və Amaliya Ormanovanı (2:0) hesabı ilə üstələyib. Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.













