Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

MDB Oyunları: Futbol üzrə Azərbaycan millisi gümüş medal qazanıb

04 oktyabr 2025 | 18:34

Rusiyanın 16 yaşadək futbolçulardan millisi III MDB Oyunlarının qalibi olub. Valentin Qavvanın baş məşqçisi olduğu yığma Qəbələ şəhər stadionunda keçirilən finalda Azərbaycan millisi ilə qarşılaşıb. Görüş Rusiyanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin qollarını 46 və 67-ci dəqiqələrdə Əli Bəşirov vurub. Rusiya seçməsinin heyətində isə 73-cü dəqiqədə Klim Denisov, bir dəqiqə sonra İvan Kuzmin, 76-cı dəqiqədə isə Ratmir Lukianov fərqləniblər. Bu nəticədən sonra Rusiya turnirin qızıl, Azərbaycan isə gümüş medallarına sahib çıxıb.

Keçidlər