Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

“Mədəniyyətlərin qovşağı” rəsm sərgisi festivalın son günündə də böyük maraqla qarşılanıb

04 avqust 2026 | 11:48

“GabalaFest” çərçivəsində təşkil olunan “Mədəniyyətlərin qovşağı” beynəlxalq incəsənət sərgisi festivalın son günündə də öz işini uğurla davam etdirib. Ziyarətçilər tərəfindən böyük marağla qarşılanan sərgi sənətsevərlərin ən çox üz tutduğu məkanlardan birinə çevrilib. Sərgidə müxtəlif ölkələri təmsil edən rəssamların əsərləri ilə yanaşı, interaktiv yaradıcılıq məşğələləri və ustad dərsləri də təqdim olunmuş, uşaq və gənclər xüsusi fəallıq göstərərək öz yaradıcılıq bacarıqlarını nümayiş etmişlər. Mədəniyyətlərarası dialoqa və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verən “Mədəniyyətlərin qovşağı” rəsm sərgisi festival iştirakçılarına zəngin təəssüratlar bəxş edərək öz işini yekunlaşdırıb.

Keçidlər