“Mədəniyyətlərin qovşağı” sərgisində rəngarəng sənət nümayişləri keçirilib
03 avqust 2026 | 11:23
“GabalaFest” çərçivəsində təşkil olunan “Mədəniyyətlərin qovşağı” beynəlxalq incəsənət sərgisi ziyarətçilərə zəngin və rəngarəng proqram təqdim edib. Sərgi çərçivəsində vitraj, gil sənəti, qarışıq texnika, “Qutuda öz Qəbələ dünyanızı yaradın” və “Qəbələdən sevgilərlə” adlı yaradıcılıq məşğələləri təşkil olunub. Peşəkar sənətkarların ustad dərslərində uşaqlar və gənclər xüsusi fəallıq göstərərək öz əl işlərini hazırlayıblar. Milli-mədəni irsin və müxtəlif ölkələrin incəsənət ənənələrinin nümayiş olunduğu bu platforma mədəniyyətlərarası dialoqa xidmət edərək festival iştirakçılarına unudulmaz təəssüratlar bəxş edib.













