“Məişət zorakılığına son” mövzusunda maarifləndirici görüş keçirilib
18 aprel 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Mıxlıqovaq kənd tam orta məktəbində “Məişət zorakılığına son” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə Qəbələ RİH-nin, UADM-nin, rayon polis şöbəsinin nümayəndələri, məktəbin müəllim-şagird kollektivi, valideynlər və kənd ağsaqqalları iştirak ediblər. Görüşdə çıxış edənlər məişət zorakılığının qarşısının alınması istiqamətində keçirilən maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd etmiş, Qəbələ RİH-nin başçısı yanında yaradılmış “Gender” zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı həyata keçirdiyi işlərdən söz açmışlar.Görüşdə həmçinin AQUPDK-i tərəfindən yaradılan “860” qaynar xəttin məişət zorakılığına məruz qalanların daim xidmətində olduğu qeyd olunmuşdur. Görüş qarşılıqlı müzakirə şəkilində davam etmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.