Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Məişət zorakılığına yox deyək” adlı onlayn görüş keçirilib.

31 mart 2021 | 10:00

30.03.2021-ci il tarixində Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzi və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə  “Məişət zorakılığına yox deyək” adlı  onlayn görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, UADM-nin,Gənclər İdman İdarəsinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları və Qəbələ  Dövlət Peşə Təhsil Mərkəzinin müəllim  və  tələbələri  iştirak etmişlər.
Görüşdə insan hüquqları, xüsusilə qadın hüquqlarının müdafiəsi ilə bağlı aparılan dövlət siyasətindən danışılmış, məişət zorakılığından əziyyət çəkən insanlar üçün rayon ərazisində yardım mərkəzinin yaradılmasının vacibliyi vurğulanmışdır. Tədbir iştirakçıları bu sahəyə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirilmişdir.

Keçidlər