Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini Qəbələ rayonunda səfərdə olmuşdur

20 may 2022 | 16:30

20 may 2022-ci il tarixdə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Qəbələ rayonuna səfər etmişdir. Qəbələ RİH-də, rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev tərəfindən qarşılanan səlahiyyətli səfirə rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki,  bu gün Qəbələ rayonunda turizm infrstrukturu başlıca və mühüm sahələrdən biri hesab olunur, ildən-ilə buraya dincəlmək üçün səfər edən turistlərin sayı nəzərə çarpacaq dərəcədə artır. Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini bildirən səfir Xuan Rodrigo Labardini Flores bu gün hər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanların mövcud olduğunu bildirmiş, Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını və bu inkişaf mərhələsinin Qəbələ rayonuna da təsirsiz ötüşmədiyini vurğulamışdır. Səfir  turizm sahəsindəki əməkdaşlıq haqqında fikirlərini bölüşərkən ölkəmizin qonaqpərvərliyi, mədəniyyəti və mətbəxi ilə bütün dünyada tanındığını qeyd etmişdir. Daha sonra səlahiyyətli səfir və nümayəndə heyəti rayonun tarixi-mədəni məkanları,  sənaye müəssisələri və turizm sektoru ilə yaxından tanış olmuşdur.

Keçidlər