Məktəbyaşlı uşaqların təhsilinə və inkişafına daha fəal şəkildə dəstək göstərilməlidir
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən yeni tədris ilinin başlaması ilə əlaqədar məktəbyaşlı uşaqların təhsilinə və inkişafına daha fəal şəkildə dəstək göstərmələrini təşviq etmək məqsədilə 04 sentyabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində valideynlər üçün maarifləndirici görüş keçirilib. Görüşdə çıxış edənlər valideynlərin uşaqlarına diqqət və qayğı ilə yanaşmasının onların təlim müvəffəqiyyətinə və emosional inkişafına mühüm təsir göstərdiyini bildirmiş, valideyn və məktəbin əməkdaşlığının uşaqların sağlam münasibətlər qurması və uğurlu təhsil təcrübəsi qazanmalarına imkan yaratdığını qeyd etmişlər. Həmçinin vurğulanmışdır ki, uşaqların yalnız akademik qiymətləri deyil, göstərdikləri səylər də dəyərləndirilməlidir. Müsbət təşviq və emosional dəstək uşaqların özünəinamını və məktəbə marağını artırır. Görüşdə valideynlərin sualları cavablandırılmış, maarifləndirici videoçarx nümayiş olunmuş, bukletlər paylanılmışdır.













