"Memarlıq Keçmişdən Gələcəyə" adlı tədbir keçirilib
05 oktyabr 2026 | 18:41
"Şəhərsalma və Memarlıq ili" çərçivəsində Qəbələ rayon Mədəniyyət Mərkəzi və Cığatelli kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 5 oktyabr-Ümumdünya Memarlıq Günü ilə əlaqədar olaraq "Memarlıq Keçmişdən Gələcəyə" adlı tədbir keçirilib. Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə milli memarlıq irsimizin zəngin tarixi, tarixi abidələrimizin qorunması və müasir şəhərsalma konseptləri ətrafında maraqlı təqdimatlar və müzakirələr aparılmışdır. Sonda keçmişin əzəmətli memarlıq nümunələrini və gələcəyin innovativ layihələrini əks etdirən videoçarxa baxış keçirilmişdir.













