Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

 "Memarlıq və Şəhərsalma ili"nə həsr olunmuş "Tarixi abidələrimizi tanıyaq və tanıdaq" mövzusunda tədbir keçirilib

21 oktyabr 2026 | 17:01

21 oktyabr 2026-cı il tarixdə Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Memarlıq və Şəhərsalma ili"nə həsr olunmuş "Tarixi abidələrimizi tanıyaq və tanıdaq" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycanın zəngin tarixi-memarlıq irsinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu xəttin Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdiridiyini bildirərək, ölkəmizdə reallaşdırılan genişmiqyaslı bərpa və quruculuq işləri, tarixi abidələrin konservasiyası ilə restavrasiyası sahəsində icra olunan ardıcıl layihələrdən bəhs etmişlər. Sonda Qəbələ rayonu ərazisində yerləşən qədim tarixi abidələr, komplekslər və məscidlər barədə videoçarx nümayiş etdirilib.

Keçidlər