“Mən dünyada müəllimdən yüksək ad tanımıram” adlı tədbir keçirilib
4 oktyabr 2024-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllim Günü münasibətilə “Mən dünyada müəllimdən yüksək ad tanımıram” adlı tədbir keçirilib. Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsindən və təhsil işçilərinə hərtərəfli qayğıdan danışaraq, müəllimlərimizin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakı və qazanılan uğurlarda təhsil işçilərinin də əhəmiyyətli rolu olduğunu diqqətə çatdırmışlar. Sonda müəllimlərə həsr edilmiş videoçarx izlənmiş və şagirdlərin ifasında şeirlər səsləndirilmişdir.