“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı tədbir keçirilmişdir
05 may 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Qəbələ İncsənət Məktəbinin təşkilatçılığı ilə “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı tədbir keçirilmişdir. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon mədəniyyət nümayəndəliyinin əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycanın müstəqil bir dövlət kimi qurulması və onun hərtərəfli inkişafının Heydər Əliyevin adı ilı bağlı ollduğunu vurğulamış Ulu öndərimizin hər zaman azərbaycanlı olması ilə fəxr etdiyini qeyd etmişlər. Sonda Qəbələ rayon İncəsənət Məktəbinin və şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin ifasında şeir və musiqi nümunələri səsləndirilmişdir.