"M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu" mövzusunda dəyirmi masa keçirilib
24 yanvar 2024 | 17:50
24 Yanvar 2024-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi və rayon tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi münasibətilə "Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu" mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə çıxış edənlər Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən bəhs etmiş, Azərbaycanın istiqlal və müstəqillik ideyasını inkişaf etdirərək, geniş kütlələr arasında təbliğ etdiyini qeyd etmişdir. Sonda Məhəmməd Əmin Rəsulzadənin həyat və faliyyətini əks etdirən sənədli film izlənilib.