“Metan qazının yığılması və bərpa olunan enerji kimi istifadə olunmasının təşviqi” mövzusunda görüş keçirilmişdir.
Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi”nə uyğun olaraq heyvandarlıq təsərrüfatlarında yaranan metan qazının yığılması və bərpa olunan enerji kimi istifadəsinin təşviq olunması Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri ilə birgə yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır.
Bununla əlaqədar dekabrın 6-da Qəbələdə təşviqat görüşü keçirilmişdir.
İnzibati ərazi nümayəndələrinin, bələdiyyə sədrlərinin və yerli fermerlərin qatıldığı tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin direktor müavini İmran Abdulov, həmin departamentin iqlim dəyişmələri və ozon mərkəzinin şöbə müdiri Ceyhun Həsənov və Qəbələ rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Ramil Qəribov iştirak etmişlər. Disput şəklində keçirilən görüşü RİH-nin rəsmisi Ramil Qəribov açmışdır. Mövzu ətrafında İmran Abdulov və Ceyhun Həsənov tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Sonra sahibklarlarla fikir mübadiləsi aparılmış, irəli sürülən təkliflər və onları maraqlandırna suallar cavablandırılmışdır.