Mətbuat işçiləri ilə görüş keçirilmişdir
22 iyul 2023-cü il “Milli Mətbuat Günü” münasibətilə Qəbələ Rayon İcra Hakimiyyətində “Qəbələ” qəzeti redaksiyasının kollektivi ilə görüş keçirilmişdir. Görüşdə cıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev mətbuat işçilərini “Milli Mətbuat Günü” münasibətilə təbrik etmiş, “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan Mətbuatının yaranmasının görkəmli maarifpərvər ziyalı Həsən Bəy Zərdabinin adı ilə bağlı olduğunu qeyd edərək, mətbuatın keçdiyi çətin və şərəfli həyat yolundan söhbət açmış, yerli mətbuat orqanı olan “Qəbələ” qazetinin qədim tarixi olduğunu vurğulamış və redaksiyanın əməkdaşlarına səmərəli fəaliyyətlərində uğurlar arzulamışdır. Mətbuat işçiləri adından çıxış edən “Qəbələ” qazetinin redaktoru Azad Məmmədov mətbuta işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.