"Milli adət - ənənələr və Novruz bayramı" adlı tədbir keçirilib
Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyində "Milli adət - ənənələr və Novruz bayramı" adlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Bəxtiyar Vəliyev iştirakçıları bayram münasibətilə təbrik etmiş, Novruz bayramının Azərbaycan Respublikasının I vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, bu bayramın xalqımızın adət-ənənələrini özündə əks etdirdiyini qeyd etmişdir. Tədbir çərçivəsində gənc nəslin mənəviyyatca zəngin yetişdirilməsi, onlarda milli-mənəvi dəyərlərə hörmət və sevgi hissini aşılamaq məqsədilə muzeyin fondunda mühafizə olunan etnoqrafik materiallardan ibarət sərgi təşkil edilmişdir. Kosa ilə Keçəlin məzhəkəsi, Bahar qızın xoş təbrikləri tədbiri daha da rövnəqləndirmişdir.