Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

"Milli kimliyimizin sütunu: Azərbaycan dili və Əlifbası" adlı tədbir keçirilib

31 iyul 2026 | 11:57

​Qəbələ rayon Heydər Əliyev Mərkəzində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar "Milli kimliyimizin sütunu: Azərbaycan dili və Əlifbası" adlı tədbir keçirilib. Çıxışlarda ana dilimizin tarixi inkişaf yolundan, onun zənginliyindən və qorunmasının vacibliyindən bəhs edilmiş, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi tətbiqi və inkişafı istiqamətində müstəsna xidmətləri vurğulanmış,Prezident İlham Əliyevin ana dilimizin saflığının qorunması, müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və işlənmə dairəsinin genişləndirilməsi ilə bağlı imzaladığı sərəncamların əhəmiyyəti diqqətə çatdırılmışdır.  ​Sonda ana dilimizə və əlifbamıza həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Keçidlər