Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Milli-mədəni irsimiz və təsviri incəsənət layihəsi çərçivəsində açıq dərs keçirilib

02 may 2025 | 17:57

02 may 2025-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzi və Qəbələ Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümü ilə əlaqədar "Milli-mədəni irsimiz və təsviri incəsənət" layihəsi çərçivəsində Qəbələ şəhər Nicat Apayev adına 4 nömrəli tam orta məktəbdə açıq dərs keçirilib. Layihəyə əsasən dərslərin keçirilməsində məqsəd milli mədəni irsimizin təbliği, şagirdlərin estetik zövqünün formalaşdırılması və incəsənət sahəsinə marağın artırılmasıdır. Tədbirdə maddi və  qeyri-maddi mədəni irs, o cümlədən tarixi abidələr, folklor, xalq sənətkarlığl, xalq yaradıcılığı,  şifahi xalq ədəbiyyatı, diyarşünaslıq, kinematoqrafiya, rəsm və rəssamlıq haqqında geniş məlumat verilmiş, rəssam Jalə Fərzəliyeva tərəfindən natrümort janrında canlı çəkilmiş əsər məktəbə hədiyyə olunmuşdur.

Keçidlər