Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Milli -mənəvi dəyərlərimizin qorunması"  adlı tədbir keçirilib 

11 iyun 2025 | 17:30

Qəbələ Rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "Milli -mənəvi dəyərlərimizin qorunması" adlı tədbir keçirilib. Tədbirdə hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindən olduğu və  əsrdən-əsrə keçərək nəsildən-nəslə ötürülməsi, qorunub saxlanılması, yaşadılıb inkişaf etdirilməsi, azərbaycançılıq ideologiyası ilə yaşamaq vətən qarşısında mənəvi borcu, müqəddəs vəzifəsi olduğu vurğulanıb. Çıxış edənlər bildiriblər ki,xalqımızın keçdiyi tarixi yol, minilliklərlə formalaşmış milli adət-ənənələrimiz bu gün də davam etdirilir və bu ənənələri orijinallığı ilə yaşatmaq, mühafizə etmək,yad ünsürlərdən qorumaq vacib amillərdəndir. Sonda mövzu ilə əlaqədar video material nümayiş olunub.

 

Keçidlər