“Milli mətbuatın inkişaf mərhələləri” adlı tədbir keçirilib
22 iyul 2026 | 13:58
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Milli mətbuatın inkişaf mərhələləri” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycan milli mətbuatının yaranma tarixi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi və onun nəşr etdiyi “Əkinçi” qəzeti haqqında ətraflı məlumat vermiş, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldığını, bu gün ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan mediasının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmişlər. Sonda “Əkinçi” qəzetinin tarixindən bəhs edən videoçarx nümayiş olunub.













