Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Milli Musiqi Günü” nə həsr olunmuş konsert proqramı keçirilib

18 sentyabr 2023 | 14:23

Qəbələ regional “ASAN xidmət”  mərkəzinin təşkilatçılığı, Qəbələ rayon İncəsənət Məktəbinin və Qəbələ rayon Mədəniyyət mərkəzinin  birgə əməkdaşlığı ilə 18 sentyabr  “Milli Musiqi Günü” nə həsr olunmuş konsert keçirilib. Tədbirdə “Milli Musiqi Günü”nün dahi bəstəkar  Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğu və görkəmli bəstəkarın milli Azərbaycan musiqisinin inkişafındakı xidmətləri xüsusi qeyd edilib. Sonra könüllülərin ifasında Üzeyir Hacıbəylinin və digər bəstəkarların bəstələrindən ibarət klassik Azərbaycan musiqiləri səsləndirilib, milli rəqslər ifa olunub. Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub.

Keçidlər