"Milli musiqimizi yaşadan dahi bəstəkar-Üzeyir Hacıbəyli" adlı tədbir təşkil olunub
12 sentyabr 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Qəbələ rayon MKS-nin şəhər 2 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycan musiqisinin banisi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə əlaqədar "Milli musiqimizi yaşadan dahi bəstəkar-Üzeyir Hacıbəyli" adlı tədbir keçirilib. Tədbirdə dahi bəstəkarın zəngin həyat və çoxşaxəli yaradıcılıq yolu, Azərbaycan professional musiqisinin inkişafında oynadığı müstəsna rol, milli operanın əsasını qoyması, zəngin musiqi irsi və pedaqoji fəaliyyəti haqqında geniş məlumat verilmiş, həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilmiş, Qəbələ rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin ifasında əsərləri səsləndirilmişdir. Sonda bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş kitab və nəşrlərdən ibarət sərgiyə baxış keçirilmişdir.













