Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Milli Qəhrəman General-mayor Polad Həşimovun xatirəsi”nə həsr edilmiş basketbol üzrə rayon turniri keçirilmişdir

13 iyul 2022 | 18:48

Qəbələ Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi və təhsil sektorunun təşkilatçılığı ilə 13 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının “Milli Qəhrəmanı, General-mayor Polad Həşimovun xatirəsi”nə həsr edilmiş yeniyetmə və gənclər arasında basketbol idman növü üzrə rayon turniri keçirilmişdir. Turnirin açılış mərasimində öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş şəhidlərin xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmiş, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rayonda basketbol idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində bu  cür turnirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının Milli Qəhrəmanı, General-mayor Polad Həşimovun keçdiyi şərəfli döyüş yolu barədə məlumat vermiş və komandalara uğurlar arzulamışdır. Turnirin yekun nəticəsinə əsasən Qəbələ şəhər 5 saylı tam orta məktəbin komandası I yerə, “Zəfər” komandası II yerə və Qəbələ şəhər 4 saylı tam orta məktəbin komandası III yerə layiq görlmüşlər. Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilmişdir.

Keçidlər