Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib

13 iyun 2025 | 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulduğunu, ölkəmizin xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olduğunu, Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladığını qeyd etmişlər. Sonda “15 İyun -  Azərbaycan xalqının Milli Qurtuluş Günüdür” adlı videoçarx izlənilib.

Keçidlər