“Milli Qurtuluşdan Zəfərə: Müstəqilliyimizin Heydər Əliyev strategiyası” mövzusunda tədbir keçirilib
İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının və Vəndam qəsəbə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Qəbələ rayon Vəndam qəsəbə Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Zəfərə: Müstəqilliyimizin Heydər Əliyev strategiyası” mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq bildirdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə rəhbərliyə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni xaos və parçalanmaq təhlükəsindən xilas etmiş, ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi islahatlar və irimiqyaslı layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilir. Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı kimi adını tariximizə əbədi həkk etdirdiyini, qazanılan bütün nailiyyətlərin təməlində məhz Ümummilli Lider Heydər Əliyevin zəngin irsi və ideyaları dayandığını bildirmişlər. Sonda YAP Qəbələ rayon təşkilatının fəaliyyətində fəal iştirak edən bir qrup partiya üzvünə Fəxri Fərman və hədiyyələr təqdim edilmiş, Yeni Azərbaycan Partiyasının Himni səsləndirilmişdır.













