Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

 Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş “Tək səbir” adlı tamaşa nümayiş olunmuşdur

27 oktyabr 2026 | 10:36

26 oktyabr 2026-cı il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi, satirik poeziyamızın qüdrətli söz ustası Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş “Tək səbir” adlı tamaşa nümayiş olunmuşdur. Tamaşa ədəbiyyatımızın zəngin irsinin yaşadılması, milli-mənəvi dəyərlərin təbliği, klassik ədəbiyyatla teatr sənəti arasında canlı əlaqənin yaradılması, yeniyetmə və gənclərin mövhumatdan, cəhalətdən uzaqlaşdıraraq təhsilə, elmə yönləndirilməsi sahəsində teatrın maarifləndirici imkanlarının nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. İsmayıl Bəy Qutqaşınlı adına Xalq teatrının aktyorlarının ifasında nümayiş etdirilən, tərbiyəvi təbliğat xarakteri daşıyan tamaşa izləyicilər tərəfindən alqışla qarşılanmışdır.

Keçidlər