Mürsəl İbrahimov Qəbələdə vətəndaşların problemlərini dinlədi
29 aprel 2024 | 18:20
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov aprelin 26-da Xidmətin Qəbələ rayon şöbəsinin inzibati binasında Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən şəhər və rayonlarından olan vətəndaşları qəbul edib. Öncə SHXÇDX-nin rəisi Mürsəl İbrahimov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev şəhərin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoyaraq, əziz xatirəsini ehtiramla yad etmişlər. Qəbulda 21 nəfər vətəndaşın müraciəti dinlənilmiş, müraciətlərin bir qismi yerindəcə həllini tapmış, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülmüşdür.