Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub

07 fevral 2026 | 10:17

Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı çərçivəsində fevralın 6-da Heydər Əliyev Konqres Mərkəzində gənc pianoçu Əlisahib Bayramovun konserti olub. Əlisahib Bayramov sənəti, istedadı və böyük əzmi ilə hər kəsin rəğbətini qazanmış bir gəncdir. O, “Birgə və Sağlam” İctimai Birliyinin yetirməsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Əlisahib 2019-cu ildə keçirilən “Payız əfsanələri” Beynəlxalq Festivalının qalibidir. İstedad əngəl tanımır. O, öz musiqisi ilə maneələri aşaraq, böyük uğurlara imza atıb. Konsertdə Əlisahib izləyicilərə öz daxili dünyasını və musiqi duyumunu piano dilləri vasitəsilə çatdırmışdır.

Keçidlər