“Müstəqilliyimiz əbədidir” adlı sərgi keçirilib
18 oktyabr 2024-cü il tarixində Qəbələ rayon Dövlət Rəsm Qalereyası tərəfindən Mədəniyyət mərkəzində 18 oktyabr – Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə “Müstəqilliyimiz əbədidir” adlı sərgi – tədbir təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan qalereyanın baş fond mühafizi Təzəgül Nəsmiyeva Azərbaycanda müstəqilliyin bərpa olunmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolunu qeyd edərək bildirmişdir ki, çətinliklərlə əldə etdiyimiz müstəqilliyimiz daxili çəkişmələrin müdaxiləsi nəticəsində təhlükə ilə üz-üzə qalsa da Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə tamamilə aradan qaldırılmışdır. Azərbaycan artıq bu gün həm siyasi, həm də iqtisadi cəhətdən qüdrətli bir ölkəyə çevrilmiş, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını azad edərək bütövlüyə nail olmuşdur. Sonda tədbir iştirakçıları rəsm dərnəyi üzvlərinin əl işləri ilə tanış olmuşlar.