Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Müstəqilliyimiz əbədidir, dönməzdir" adlı tədbir keçirilib

28 may 2025 | 10:26

Qəbələ Rayon Heydər Əliyev Mərkəzində "Konstitusiya və Suverenlik İli" çərçivəsində 28 May – Müstəqillik Günü münasibətilə "Müstəqilliyimiz əbədidir, dönməzdir" adlı tədbir keçirilib.  Qəbələ Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, GİKM-nin Qəbələ bölməsinin, Qəbələ regional "ASAN xidmət" mərkəzinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin nümayəndələri və gənclərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı söz açıb, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışıb. Digər çıxış edənlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və bu gün onun siyasi kursunun davamçısı Prezident cənab İlham Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətləri sayəsində Azərbaycanın müstəqilliyinin qorunub saxlanıldığını, dünyəvi dövlət quruculuğu yolunda ölkəmizin inamla irəliləməsinə nail olunduğunu qeyd etmişlər. Sonda gənclər arasında "Kahoot" platforması üzərindən intellektual yarış təşkil olunmuş, qaliblərə hədiyyələr təqdim olunmuşdur.

Keçidlər