"Müstəqilliyimiz sarsılmaz və əbədidir" adlı tədbir keçirilib
16 oktyabr 2023 - cü il tarixində Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Müstəqilliyimiz sarsılmaz və əbədidir" adlı tədbir keçirilib. Öncə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda dövlətçilik ənənələrinin qorunub saxlanması” mövzusunda seçilmiş kitablardan ibarət sərgiyə baxış keçirilmişdir.Tədbirdə çıxış edənlər 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müstəqilliyimizin əbədi və dönməz etdiyini, ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdığını, müstəqil Azərbaycan Respublikasının möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutduğunu, bu istiqamətdə prezident İlham Əliyevin əzm və fədakarlıqla müəyyən etdiyi uğurlu strategiya nəticəsində ölkəmizin surətlə inkişaf etdiyini qeyd etmişlər. Sonda mövzu ilə əlaqəli videomaterial nümayiş olunmuşdur.