“Narkomaniya – bəşəriyyətin bəlası” adlı rəsm sərgisi keçirilib
07 fevral 2025 | 09:01
06 fevral 2025-ci il tarixdə Qəbələ Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Narkomaniya – bəşəriyyətin bəlası” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər ölkəmizdə gənclərin narkotik maddələrdən asılılığının qarşısını almaq məqsədilə dövlət tərəfindən həyata keçirilən layihələrdən, qabaqlayıcı maarifləndirmə tədbirlərindən danışmış, narkotik maddə istifadə etməyin həyat üçün təhlükəsindən söz açmışlar. Sonda rəsm dərnəyi üzvülərinin və gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir.