"Narkomaniya cəmiyyətin bəlasıdır" adlı tədbir keçirilib
12 fevral 2025 | 14:58
12 fevral 2025-ci il tarixdə Qəbələ Rayon Tarix - Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "Narkomaniya cəmiyyətin bəlasıdır" adlı tədbir keçirilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə çıxış edənlər bəşərriyyətin ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını, ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin mütəmadi xarakter daşıdığını vurğulamışlar. Tədbir diskussiya şəklində davam edib. Sonda "Narkomaniya cəmiyyətin bəlasıdır" adlı video-çarx nümayiş olunub.