Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Narkomaniya: məhv olmuş ailələr, xoşbəxtliyini itirən övladlar" adlı tədbir keçirilib

29 aprel 2024 | 18:15

29 aprel 2024-cü il tarixində Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində "Narkomaniya: məhv olmuş ailələr, xoşbəxtliyini itirən övladlar "adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Bəxtiyar Vəliyev açaraq bildirmişdir ki, narkomaniya ilə mübarizə sağlam həyatımızın təminatıdır və ümumbəşər bir problem,qlobal məsələ kimi hər zaman aktualdır. Hazırda dövlət səviyyəsində bu istiqamətdə genişmiqyaslı mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilməkdədir.Cəmiyyətin təkmilləşməsi, uğurlu gələcək naminə sağlam nəslin yetişdirilməsi diqqətdə saxlanılan ən aktual məsələlərdəndir. Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva bu istiqamətdə keçirilən maarifləndirmə tədbirlərindən bəhs etmişdir.

Keçidlər