Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Narkomaniya mənəviyyatı öldürür" adlı tədbir keçirilib

14 iyun 2023 | 16:24

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Qəbələ rayon Tarix Diyarşünaslıq Muzeyində 14  iyun 2023 - cü il tarixində "Narkomaniya mənəviyyatı öldürür" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Bəxtiyar Vəliyev açaraq narkotiklərin qanunsuz dövriyyəsi, dövlət tərəfindən maarifləndirici proqramların həyata keçirilməsi barədə məlumat verilmişdir. Digər çıxış edənlər narkomaniya və onun fəsadları, törətdiyi faciələr, yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan danışmışlar.

Keçidlər