"Narkomaniya müasir dövrün sosial bəlasıdır" adlı tədbir həyata keçirilib
02 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "Narkomaniya müasir dövrün sosial bəlasıdır" adlı tədbir həyata keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Rayon Təhsil Sektorunun, Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşunaslıq Muzeyinin, Gənclər İnkişaf və Karyera Mərkəzinin nümayəndələrinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən, onun törətdiyi fəsadlardan bəhs edərək, dövlətimizin bu istiqamətdə mühüm fəaliyyətini, hüquqi bazanın yaradılmasını, əldə olunan nəticələr və narkomaniyaya qarşı mübarizənin ümumdövlət vəzifəsi olduğunu bildirmişlər. Sonda "Narkomaniya müasir dövrün sosial bəlasıdır" adlı videoçarx nümayiş olunmuşdur.