Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Narkomaniya və onun törətdiyi fəsadlar” mövzusunda dəyirmi masa keçirilmişdir

23 noyabr 2022 | 16:18

Qəbələ Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 23 noyabr 2022-ci il tarixdə “Narkomaniya və onun törətdiyi fəsadlar” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov tədbir iştirakçılarını salamlayaraq tədbirin keçirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri  fəal olmağa, onları ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildirərək, narkomaniyaya qarşı mübarizə sahəsində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramının icrasından irəli gələn vəzifələrin daim diqqət mərkəzində olduğunu nəzərə çatdırdı. Digər çıxış edənlər yeniyetmə və gənclər arasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə, onun insan orqanizmi üçün zərərli nəticələri və belə hallara qarşı aparılan profilaktika tədbirləri barədə danışmış, qeyri-sağlam həyat tərzinə səbəbi olan zərərli vərdişlərin qarşısının alınmasında idmanın mühüm vasitə olduğunu qeyd etmişlər. Tədbirin sonunda mövzu ilə əlaqədar “Bir dəfədən heç nə olmaz” adlı film nümayiş etdirilmiş və gəncləri maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər