Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Narkomaniyaya qarşı birgə mübarizə aparaq" mövzusunda tədbir keçirilib

06 aprel 2024 | 17:04

05 aprel 2024-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzində "Narkomaniyaya qarşı birgə mübarizə aparaq" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Kəmalə Qasımova dövlətin, millətin, xalqın gələcəyinin sağlam, etibarlı gənclikdən asılı olduğunu, gənc nəslin sağlam ruhda tərbiyəsinin daim dövlət nəzarətində saxlanıldığını  qeyd etmişdir. Digər çıxış edənlər psixotrop maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri barədə iştirakçılara ətraflı məlumat vermiş gənclərə həyat üçün zərərli olan bu vərdişlərdən uzaq durmağı tövsiyyə etmişlər. Tədbir diskussiya şəklində davam etmişdir. Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunmuşdur.

Keçidlər