"Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq" adlı tədbir keçirilib.
06.07.2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ rayon Tarix - Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq" adlı tədbir keçirilmişdir. Qəbələ rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin əməkdaşları və Regional Asan xidmət mərkəzinin könüllülərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Qəbələ rayon Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Bəxtiyar Vəliyev açmış və bildirmişdir ki, narkomaniya ilə mübarizə sağlam həyatımızın təminatı və ümumbəşəri bir problem, qlobal məsələ kimi hər zaman aktualdır. Bu gün narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Mövzu ətrafında çıxışlar olmuş və tədbir diskussiya şəklində davam etmişdir. Sonda narkomanlığa qarşı mübarizə yollarını əks etdirən videoçarx nümayiş etdirilmiş və iştirakçılara bukletlər paylanılmışdır.