“Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilmişdir
22 iyun 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının təşkilatçılığı ilə 26 iyun – “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun ümumtəhsil məktəblərinin psixoloqları iştirak etmişdir. Çıxış edənlər narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını bildirmiş, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini qeyd etmişlər. Tədbirin sonunda maarifləndirici videoçarx nümayiş etdirilmişdir.