“Narkomaniyaya yox deyək” devizi altında yeniyetmələr arasında atletika idman növü üzrə kütləvi idman yarışı keçirilib
Qəbələ Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin təşkilatçılığı, rayon təhsil sektorunun iştirakı ilə 20 oktyabr 2022-ci il tarixdə Qəbələ şəhər 3 saylı tam orta məktəbdə yeniyetmələr arasında “Narkomaniyaya yox deyək” devizi altında atletika idman növü üzrə kütləvi idman yarışı keçirilmişdir. Açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək yarışın məqsəd və vəzifələri haqqında məlumat vermiş, zərərli vərdişlərin mənfi fəsadları, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və əqidəmizə zidd bir həyat tərzi olması barədə danışmış, idmançılara uğurlar arzulamışdır. Rayonun ümumtəhsil məktəblərindən 70-dək yeniyetmənin iştirak etdiyi yarışlarda 100 m. məsafəyə qaçışda oğlanlar arasında Camil Sultanov, qızlar arsında Gülmayə Ağayeva I yerə, topatmada qızlar arsında Rəsmiyə Qazıyeva, turnikdə dartınmada isə oğlanlar arasında Cəsur İsmayılov I yerə layiq görülmüşdür. Qaliblərə Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir.