Narkotik maddələrin yayılmasının qarşısının alınması məqsədi ilə tədbir keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin və təhsil sektorunun birgə təşkilatçılığı ilə Qəbələ rayonu Nic qəsəbə 1 saylı tam orta məktəbində “Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edilmiş Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi” məqsədilə yuxarı sinif şagirdlərinin və onların valideynlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə “ağ ölüm” adlandırılan narkomaniyanın insan həyatında yaratdığı fəsadlardan, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışılmış, valideynlərə övladlarının təlim-tərbiyəsi ilə ciddi məşğul olmaları və daim davranışlarına nəzarət etmələri ilə bağlı tövsiyələr verilmişdir.