Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

17 noyabr 2026 | 15:56

17 noyabr 2026-cı il tarixdə Qəbələ şəhər 1 saylı tam orta məktəbdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planınına uyğun olaraq  maarifləndirmə məqsədilə yuxarı sinif şagirdlərinin valideynləri ilə görüş təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ RİH başçısının Hüquq və kadr məsələləri sektorunun müdiri Pərvin Pənahov qonaqları salamlayaraq dövlət tərəfindən narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən söz açmışdır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvü Vasif Quliyev gənclərlə mövzu ətrafında geniş maarifləndirici söhbət aparmış, komissiyanın gördüyü işlər barədə məlumat vermişdir. Tədbir diskusiya şəklində davam etmişdir.

 

 

Keçidlər