Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

18 noyabr 2025 | 16:11

18 noyabr 2025-ci il tarixdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda keçirilən tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Pərvin Pənahov bəşəriyyətin ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını qeyd etmiş və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası tərəfindən görülmüş işlər haqqında məlumat vermişdir.  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev çıxışında narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən, onun törətdiyi fəsadlardan bəhs edərək, dövlətimizin bu istiqamətdə mühüm fəaliyyətini, hüquqi bazanın yaradılmasını, əldə olunan nəticələr və narkomaniyaya qarşı mübarizənin ümumdövlət vəzifəsi olduğunu bildirmişdir. Tədbir diskusiya şəklində davam etdirilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi halları müzakirə edilmiş, tədbir iştirakçılarına bukletlər paylanmışdır.

Keçidlər