Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü" ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir

30 iyun 2026 | 15:30

30 iyun 2026-cı il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun - "Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə həmçinin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, eləcə də QHT və vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ RİH başçısının Hüquq və kadr məsələləri sektorunun müdiri Pərvin Pənahov qonaqları salamlayaraq dövlət tərəfindən narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən söz açmışdır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvü Vasif Quliyev gənclərlə mövzu ətrafında geniş maarifləndirici söhbət aparmış, komissiyanın gördüyü işlər barədə məlumat vermişdir. Tədbir diskusiya şəklində davam etmişdir.

Keçidlər